Polşalı məşqçi: "Neftçi" ilə matçı qiymətləndirmək mənim üçün çətindir"

Polşalı məşqçi: "Neftçi" ilə matçı qiymətləndirmək mənim üçün çətindir" Sadəcə 4 qol vurduğumuz üçün yox, eyni zamanda məğlub olmadığımız üçün komandadan məmnun qaldım.
Futbol
16 Yanvar , 2020 09:35
Polşalı məşqçi: Neftçi ilə matçı qiymətləndirmək mənim üçün çətindir

"Sadəcə 4 qol vurduğumuz üçün yox, eyni zamanda məğlub olmadığımız üçün komandadan məmnun qaldım".

"Report" "Dzienniklodzki" nəşrinə istinadən xəbər verir ki, bu fikirləri Türkiyənin Antalya bölgəsindəki yoxlama oyununda "Neftçi"ni 4:0 hesabı ilə məğlub edən Polşanın "LKS Lodz" komandasının baş məşqçisi Kazimierz Moskal deyib.

53 yaşlı polşalı mütəxəssis çempionatdakı fasilənin komandasına kömək etdiyini bildirib: "Neftçi" ilə matçı qiymətləndirmək mənim üçün çətindir. İlk yarıda rəqibin üstünlüyü oldu. Fasilədən sonra hər şey dəyişdi və oyuna nəzarət etdik. Belə bir qələbəyə ehtiyacımız var idi".

Qeyd edək ki, "Neftçi" yanvarın 20-də Ukraynanın "Dinamo" (Kiyev), 4 gün sonra isə bu ölkənin digər təmsilçisi "Desna" ilə qarşılaşacaq. Komanda yanvarın 25-də Bakıya qayıdacaq. 

Son xəbərlər

Orphus sistemi