Bakı. 31 avqust. REPORT.AZ/ "Neftçi” klubu 2018-ci il dünya çempionatının seçmə mərhələsinin oyunları ilə bağlı Azərbaycan Premyer Liqasında yaranan fasilə zamanı yoxlama görüşləri keçirəcək.
“Report” paytaxt klubunun rəsmi saytına istinadən xəbər verir ki, “ağ-qaralar” sentyabrın 2-də MOİK, ayın 5-də isə əvəzedici heyətlə qarşılaşacaq.
Hər iki matç İsmət Qayıbov adına təlim-məşq bazasının meydançasında keçiriləcək və saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” Premyer Liqanın 3 turundan sonra 1 xalla 7-ci pillədə qərarlaşıb.