"Neftçi" iki futbolçusunu "Səbail"ə icarəyə verib

"Neftçi" iki futbolçusunu "Səbail"ə icarəyə verib Fəhmin Muradbəyli və Rahil Məmmədovla bu gün müqavilə bağlanılacaq
Futbol
19 Dekabr , 2017 10:47
Neftçi iki futbolçusunu Səbailə icarəyə verib

Bakı. 19 dekabr. REPORT.AZ/ “Neftçi” klubunun futbolçuları Rahil Məmmədov və Fəhmin Muradbəyli karyeralarını “Səbail”də davam etdirəcəklər. Bu barədə “Report”a Bayıl təmsilçisinin baş məşqçisi Samir Əliyev məlumat verib.

O, bildirib ki, müvafiq olaraq müdafiəçi və yarımmüdafiəçi mövqelərində çıxış edən oyunçularla bu gün mövsümün sonuna qədər icarə müqavilələri imzalanacaq.

Azərbaycan Premyer Liqasının debütantı litvalı müdafiəçi Egdaras Jarskisin ardından braziliyalı yarımmüdafiəçi Renan Telles və rumıniyalı Aleksandru Popoviçi ilə də yollarını ayırmağı düşünür. S.Əliyevin sözlərinə görə, hazırda sözügedən futbolçularla müqavilələrə qarşılıqlı razılaşma əsasında xitam verilməsi ilə bağlı danışıq aparılır: “Yayda komanda yeni idi. Vaxt az olduğundan, istədiyimiz transferləri edə bilmədik. Lakin artıq tədricən komandanı gücləndirmək barədə düşünürük. Ona görə də daha güclü futbolçular axtarırıq. Legionerlərlə yanaşı, yerli futbolçulardan da bəziləri ilə yollarımızı ayırmağı düşünürük. Lakin rəsmi bir şey olmadığı üçün adlarını açıqlaya bilmirəm”.

Qeyd edək ki, “Səbail” qış fasiləsinə 13 xalla 6-cı pillədə yollanıb. Klub Azərbaycan Kubokunda mübarizəni 1/4 finalda dayandırıb. 

Son xəbərlər

Orphus sistemi