"Neftçi” iki futbolçu ilə yollarını ayırıb

"Neftçi” iki futbolçu ilə yollarını ayırıb Paytaxt klubu Edson Kastilyo və Pavel Dreksa ilə vidalaşıb
Futbol
18 Dekabr , 2017 17:07
Neftçi” iki futbolçu ilə yollarını ayırıb

Bakı. 18 dekabr. REPORT.AZ/ "Neftçi” klubu iki futbolçusu ilə yollarını ayırıb.

“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, son 5 ayı icarə əsasında Venesuelanın "Mineros Quayana” klubunda keçirmiş yarımmüdafiəçi Edson Kastilyo ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

Həmçinin Çexiyanın "Karvina" klubuna məxsus olan və dekabrın 31-i icarə müddəti başa çatacaq müdafiəçi Pavel Dreksa ilə də əməkdaşlığa son verilib.

Son xəbərlər

Orphus sistemi