"Neftçi" İran klubu ilə qarşılaşacağını təsdiqləyib

"Neftçi" İran klubu ilə qarşılaşacağını təsdiqləyib Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin “Antalya” bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu daha bir yoxlama oyunu keçirəcək.
Futbol
15 Yanvar , 2019 16:14
Neftçi İran klubu ilə qarşılaşacağını təsdiqləyib

Bakı. 15 yanvar. REPORT.AZ/ Türkiyənin “Antalya” bölgəsində təlim-məşq toplanışında olan “Neftçi” klubu daha bir yoxlama oyunu keçirəcək.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi İranın “Esteqlal” komandası ilə qarşılaşacaq. Görüş yanvarın 20-də olacaq.

Qeyd edək ki, “The Sense De Luxe” otelində məskunlaşan “Neftçi”nin hazırlıq çərçivəsində 3 yoxlama oyunu keçirəcəyi öncədən bilinirdi. Flaqman yanvarın 18-də “Qaz Metan” (Rumıniya), yanvarın 23-də “Slovan” (Liberes, Çexiya), yanvarın 26-da isə “Beroe” (Bolqarıstan) klubları ilə görüşəcək. 

Son xəbərlər

Orphus sistemi