Yuxarı

"Neftçi" İlkin Qırtımovla rəsmi müqavilə bağlayıb

O, qapıçı Aqil Məmmədovdan sonra flaqmanın ikinci qış transferi olub

Bakı. 9 yanvar. REPORT.AZ/ "Neftçi” klubu heyətinə yeni futbolçu cəlb edib.

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, müdafiəçi İlkin Qırtımovla növbəti mövsümün sonunadək müqavilə bağlanılıb.

27 yaşlı oyunçu daha əvvəl "Keşlə" və artıq fəaliyyətini dayandırmış "Simurq"da çıxış edib. O, qapıçı Aqil Məmmədovdan sonra flaqmanın sayca ikinci qış transferidir. 

Qeyd edək ki, İlkin Qırtımov Azərbaycan milli komandasının heyətində 5 oyun keçirib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu bölməyə aid digər xəbərlər

Digər xəbərlər>

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi