"Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub

"Neftçi" futbol komandasında yeni məşqçi təyinatı olub Rauf Salamov Dmitri Kramarenkonu əvəzləyib
Futbol
14 İyun , 2017 11:05
Neftçi futbol komandasında yeni məşqçi təyinatı olub

Bakı. 14 iyun. REPORT.AZ/ "Neftçi” futbol klubunun qapıçılar üzrə məşqçisi vəzifəsinə yeni təyinat baş tutub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, bu vəzifəni Rauf Salamov yerinə yetirəcək. 

49 yaşlı mütəxəssis ailəvi səbəblərdən postunu tərk edərək, Rusiyanın paytaxtı Moskvaya yollanan Dmitri Kramarenkonu əvəzləyib. R.Salamov 1994 - 1996, 1998 - 1999-cu illərdə "Neftçi”də çıxış edib. Salamov bu müddət ərzində ölkə çempionatının (1996), kubokunun (1995, 1996) və Superkubokunun (1995) qalibi olub.

Son xəbərlər

Orphus sistemi