"Neftçi" Futbol Klubu yeni sponsoru ilə müqavilə bağlayıb - YENİLƏNİB

"Neftçi" Futbol Klubu yeni sponsoru ilə müqavilə bağlayıb - YENİLƏNİB Neftçi futbol klubun Buta Global Enerji-Tekstil ilə əməkdaşlıq müqaviləsi imzalayıb.
Futbol
10 Dekabr , 2019 12:09
Neftçi Futbol Klubu yeni sponsoru ilə müqavilə bağlayıb - YENİLƏNİB

"Neftçi" futbol klubun "Buta Global Enerji-Tekstil" ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

"Report"un məlumatına görə, sözləşmə 2 il müddətinə nəzərdə tutulub.

Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, paytaxt təmsilçisinin bəzi futbolçuları, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edib.

Razılaşmaya əsasən şirkət klubun əsas komandasının geyim tərəfdaşı olacaq. İmza mərasimində K.Quliyev M.Ermezə "Neftçi"nin formasını hədiyyə edib.

Qeyd edək ki, "Buta Qlobal Enerji-Tekstil" şirkəti 2012-ci ildə Türkiyənin İstanbul şəhərində təsis edilib. Tekstil və enerji sahəsində məhsul istehsalı ilə məşğul olan şirkət yarandığı gündən Azərbaycanda da fəaliyyət göstərir.


11:45***

"Neftçi" Futbol Klubunun yeni sponsoru müəyyənləşib.

"Report" xəbər verir ki, bu, "Buta Global Enerji-Tekstil" şirkətidir.

Bu gün saat 12:00-da "Bakcell Arena"da tərəflər arasında əməkdaşlıq müqaviləsi imzalanacaq. Tədbirdə "Neftçi"nin prezidenti Kamran Quliyev, Media və marketinq departamentinin rəhbəri Rüstəm Allahverdiyev, "Buta Global Enerji-Tekstil"in baş direktoru Muhterem Ermez, qurumun PR meneceri Səməd Nəsibov iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi