Azərbaycan Premyer Liqasının XVII turu bir debüt və iki yubileylə əlamətdar olub

Azərbaycan Premyer Liqasının XVII turu bir debüt və iki yubileylə əlamətdar olub Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu bir debüt və iki yubileylə əlamətdar olub.
Futbol
18 Fevral , 2019 12:12
Azərbaycan Premyer Liqasının XVII turu bir debüt və iki yubileylə əlamətdar olub

Bakı. 18 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XVII turu bir debüt və iki yubileylə əlamətdar olub. 

"Report" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, gənc hakim Rauf Allahverdiyev elitada ilk dəfə referi qismində meydana çıxıb. O, “Keşlə” – “Sumqayıt” oyununu ikinci hissədən idarə edib. Qarşılaşmanın dördüncü hakimi olan Allahverdiyev ilk yarıda zədələnmiş Rauf Cabbarovu əvəzləyib. O, cari mövsüm Premyer Liqa oyununu baş hakim kimi idarə edən 12-ci ədalət təmsilçisi olub. Allahverdiyev 1992-ci ildən keçirilən ölkə çempionatları tarixinə 99-cu baş hakim kimi düşüb. O, debütü cari mövsümə təsadüf edən 2-ci hakimdir. XII turda Səbuhi Bayramovun debütü gerçəkləşmişdi.

"Neftçi"nin futbolçusu Namiq Ələsgərov isə komandasında yubiley oyununu keçirib. 24 yaşlı yarımmüdafiəçi paytaxt klubunun heyətində 50-ci dəfə çempionat matçına çıxıb. 

Bu, Azərbaycan Premyer Liqasının XVII turunun “Zirə” ilə səfər qarşılaşmasına (0:0) təsadüf edib. 75-ci dəqiqədə meydana daxil olun oyunçu indiyədək “ağ-qaralar”ın heyətindəki görüşlərdə 7 qol vurub. 2016/2017 mövsümündə 11 matçda 2, 2017/2018 mövsümündə 27 görüşdə 5 dəfə fərqlənən Ələsgərov cari çempionatın 12 qarşılaşmasında iştirak edib.

Ələsgərov “Neftçi”nin tarixində Premyer Liqada 50 və daha çox oyun keçirən 72-ci futbolçu olub. Bu göstəricidə rekord İqor Getmana məxsusdur. O, 182 matçda meydana çıxıb.

“Sumqayıt” isə Azərbaycan Premyer Liqasında 70-ci səfər məğlubiyyətini alıb. Bu, XVII turun “Keşlə” ilə qarşılaşmasına təsadüf edib. “ASK Arena”dakı görüşdə 1:2 hesabı ilə uduzan sumqayıtlılar rəqib meydanında keçirdiyi 122-ci matçda 70-ə çatıb. “Gənclik şəhəri” təmsilçisi səfərdə 19 qələbə qazanıb, 33 heç-heçə edib. Bu oyunlarda qonaqlar 108 qol vurub və 208-ni buraxıb.

“Sumqayıt” rəqib meydanında ən çox uduzan komandalar siyahısında 13-cü olan “Şəfa”ya çatıb. Hər iki komanda 70 dəfə uduzub. Antirekord isə “Turan”a məxsusdur. Artıq fəaliyyətini dayandırmış Tovuz klubu rəqib meydanlarında 139 dəfə məğlub olub.

Son xəbərlər

Orphus sistemi