"Neftçi"dən Tula klubuna: "Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiniz"

"Neftçi"dən Tula klubuna: "Bu il Bakıda uduzan yeganə "Arsenal" siz deyilsiniz" “Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” komandasına təsəlli verib.
Futbol
2 Avqust , 2019 13:28
Neftçidən Tula klubuna: Bu il Bakıda uduzan yeganə Arsenal siz deyilsiniz

“Neftçi” klubu UEFA Avropa Liqasının II təsnifat mərhələsində mübarizədən kənarlaşdırdığı Rusiyanın “Arsenal” komandasına təsəlli verib.

“Report” xəbər verir ki, paytaxt təmsilçisi Bakıdakı cavab matçında 3:0 hesablı qələbədən sonra rəmsi “Twitter” hesabında bu cür yazıb: “Özünü əzilmiş hiss etmə, Tula “Arsenal”ı. Bu il Bakıda uduzan yeganə “Arsenal” siz deyilsiniz. Düzdür, London “Arsenal”ı? Uğurlu yol və rahat eniş, dostlar”.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində İsrailin “Bney Yehuda” komandası ilə qarşılaşacaq. İlk matç avqustun 8-də Bakıda, cavab görüşü isə 15-də Təl-Əvivdə olacaq.

Son xəbərlər

Orphus sistemi