Yuxarı
    Bağlamaq

    "Neftçi"dən kənarlaşdırılan futbolçu Braziliya A Seriyasında çıxış edəcək

    O, Avai klubuna bir illik icarəyə verilib

    Bakı. 31 dekabr. REPORT.AZ/ "Neftçi"nin sabiq futbolçusu Denilson Pereyra Junior özünə yeni komanda tapıb.

    "Report"un məlumatına görə, 21 yaşlı hücumçu Braziliya A Seriyasında mübarizə aparan "Avai" klubuna bir illik icarəyə verilib.

    Onunla rəsmi anlaşma yanvarın 3-də bağlanılacaq. Denilson karyerasına Braziliya "Flüminense"sində başlasa da, hazırda müqavilə üzrə İspaniya "Qranada"sına məxsusdur. Gənc forvard avqustun əvvəllərində "Neftçi"yə bir illik icarəyə verilib. Lakin flaqmanın "Qəbələ"yə 0:8 hesablı məğlubiyyətindən sonra - oktyabrın 30-da o, 4 komanda yoldaşı ilə birgə əvəzedici heyətə göndərilib. Noyabrın 19-da isə Denilsonla icarə müqaviləsinə xitam verilib. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi