"Neftçi"dən azarkeşi vurduğu üçün qovulan futbolçu Rumıniya "Yuventus"una keçib

"Neftçi"dən azarkeşi vurduğu üçün qovulan futbolçu Rumıniya "Yuventus"una keçib Bu komandanın baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadır
Futbol
19 İyun , 2017 11:23
Neftçidən azarkeşi vurduğu üçün qovulan futbolçu Rumıniya Yuventusuna keçib

Bakı. 19 iyun. REPORT.AZ/ "Neftçi"nin azarkeşini oyun vaxtı vurduğu üçün komandadan qovulan futbolçu Katalin Tira özünə yeni klub tapıb. "Report"un məlumatına görə, 23 yaşlı hücumçu Rumıniyanın paytaxtı Buxaresti təmsil edən "Yuventus"la müqavilə bağlayıb.

Anlaşmanın müddəti və maddi tərəfləri açıqlanmır. Bu komandanın baş məşqçisi "Bakı"nın sabiq hücumçusu Daniel İonel Opritsadır.

Qeyd edək ki, Katalin Tira ötən mövsümün əvvəlində "Neftçi"yə transfer olunub. Tira 2016-cı il oktyabrın 25-də "Qarabağ"la oyun zamanı meydana girən azarkeşə hücum edərək, onu vurub. Nəticədə AFFA İntizam Komitəsi gənc hücumçunu 5 oyunluq cəzalandırıb, klubu isə cəzanın bitməsini gözləmədən futbolçunu qovub. Rumıniyalı legioner ötən mövsümün ikinci yarısını Rumıniyanın "Dunarya Kalaraşi" komandasında keçirib. Buxarest "Yuventus"u isə aşağı liqada çempion olaraq, 2017-2018 mövsümündən yüksək liqada iştirak hüququna yiyələnib.

Son xəbərlər

Orphus sistemi