Yuxarı
    Bağlamaq

    "Neftçi"dən ayrılan Gürcüstan millisinin futbolçusu "SKA-Xabarovsk" klubu ilə müqavilə bağlayıb

    O, karyerasında üçüncü dəfə bu komandanın formasını geyinəcək

    Bakı. 26 iyul. REPORT.AZ/ "Neftçi"dən ayrılan Gürcüstan millisinin futbolçusu Georgi Navalovski Rusiyanın "SKA-Xabarovsk" klubu ilə müqavilə bağlayıb. "Report"un Xabarovsk təmsilçisinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 31 yaşlı müdafiəçi ilə azad agent kimi anlaşma əldə olunub.

    O, karyerasında üçüncü dəfə bu komandanın formasını geyinəcək. Əvvəllər Navalovski 2012-2013 mövsümünün ikinci yarısında, 2013-2014 mövsümündə bütövlükdə və 2015-2016 mövsümünün ikinci yarısında "SKA-Xabarovsk"da çıxış edib. Təcrübəli oyunçu "Neftçi"də ötən mövsümün ikinci yarısında top qovub.

    Qeyd edək ki, Georgi Navalovski Gürcüstan millisində 22 oyun keçirib. "SKA-Xabarovsk" yenidən Rusiya Premyer Liqasına vəsiqə qazanıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi