"Neftçi"dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşib

"Neftçi"dən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşib Jonas Pessalli Braziliyada çıxış edəcək
Futbol
11 Yanvar , 2017 14:20
Neftçidən ayrılan braziliyalı futbolçunun yeni komandası müəyyənləşib

Bakı. 11 yanvar. REPORT.AZ/ Bakının "Neftçi" klubu ilə qış fasiləsində yollarını ayıran futbolçu Jonas Pessallinin yeni komandası müəyyənləşib.

"Report"un məlumatına görə, braziliyalı yarımmüdafiəçi vətənində B divizionunda çıxış edən "Parana" klubunun formasını geyinəcək. İyirmi yeddi yaşlı oyunçu ilə bağlanan müqavilənin müddəti açıqlanmır. Son mövsümdə "Parana" çempionatı 41 xalla 15-ci pillədə başa vurub.

Qeyd edək ki, karyerası ərzində Brazliyanın "Qremio Barueri”, Fransanın "Anje” və "Luson” klublarında çıxış edən Jonas Pessalli "Neftçi"yə 2016-cı ilin oktyabrında keçib. Lakin qış fasiləsində futbolçu kluba müraciət edərək komandadan ayrılmaq istədiyini deyib və qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib.

Son xəbərlər

Orphus sistemi