"Neftçi"nin qapıçısı bir ayadək sıradan çıxıb

"Neftçi"nin qapıçısı bir ayadək sıradan çıxıb Bakı. 11 fevral. REPORT.AZ/ Neftçi” futbol komandasının qapıçısı Aqil Məmmədov zədələnib.
Futbol
11 Fevral , 2019 15:46
Neftçinin qapıçısı bir ayadək sıradan çıxıb

Bakı. 11 fevral. REPORT.AZ/ "Neftçi” futbol komandasının qapıçısı Aqil Məmmədov zədələnib. 

"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 30 yaşlı qolkiper son məşqlərdən birində daban oynağından xəsarət alıb. Həkimlər Məmmədovun 3-4 həftə müalicə olunacağına dair rəy veriblər. Təcrübəli qapıçı yalnız bundan sonra fərdi məşqlərə başlaya biləcək.

Qeyd edək ki, Aqil Məmmədov "Neftçi"yə yanvarda "Qəbələ”dən transfer olunub.

Son xəbərlər

Orphus sistemi