"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb

"Neftçi" daha bir futbolçusu ilə yollarını ayırıb Fransisko Qarsiya ilə müqaviləyə xitam verilib
Futbol
25 İyun , 2018 15:12
Neftçi daha bir futbolçusu ilə yollarını ayırıb

Bakı. 25 iyun. REPORT.AZ/ "Neftçi" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. 

"Report"un məlumatına görə, klub Fransisko Qarsiya ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib. Paraqvaylı yarımmüdafiəçiyə komandadakı xidmətləri qarşılığında minnətdarlıq ifadə olunub. 

Qeyd edək ki, daha əvvəl "Neftçi" klubla ilin sonunadək müqaviləsi olan Mayk Kampas və Lukas Qomesi əvəzedici heyətə göndərib. Növbəti mövsüm üçün baş məşqçi Roberto Bordinin əsas heyətdə düşünmədiyi futbolçularla hazırda danışıqlar davam edir. Bu müddətdə hər iki futbolçu əvəzedici komandada məşq edəcəklər.

Son xəbərlər

Orphus sistemi