"Neftçi" cəzalandırdığı futbolçusunu bağışlayıb

"Neftçi" cəzalandırdığı futbolçusunu bağışlayıb Ernest Nfor əvəzedici heyətdən əsas komandaya qaytarılıb
Futbol
13 Fevral , 2015 10:26
Neftçi cəzalandırdığı futbolçusunu bağışlayıb

Bakı. 13 fevral. REPORT.AZ/ Neftçi" komandasının baş məşqçisi Arif Əsədov əvəzedici heyətə göndərdiyi futbolçu Ernest Nforu bir həftədən sonra əfv edib. "Report"un klubun rəsmi saytına istinadən məlumatına görə, 29 yaşlı hücumçu A.Əsədova müraciətinin ardından bağışlayıb. 

Kamerunlu forvard özünü sübut etmək üçün baş məşqçidən ona şans verilməsini istəyib. Bundan sonra məşqçilər korpusunun təqdimatına əsasən, futbolçunun əsas komandaya qaytarılmasına qərar verilib. Bu zaman E.Nforun əvəzedici komandanın məşqlərində səylə iştirak etməsi, meydana çıxdığı oyunlarda fərqlənməsi və son iki qələbədə pay sahibi olması nəzərə alınıb. 

Qeyd edək ki, Ernest Nfor bir müddət öncə məşqlərdə və oyunlarda peşəkar səviyyəsindən aşağı çıxış etməsi və intizamsızlığı səbəbindən məşqçilər korpusunun təqdimatına əsasən əvəzedici heyətə göndərilib.

Son xəbərlər

Orphus sistemi