Yuxarı
    Bağlamaq

    "Neftçi” çexiyalı futbolçu ilə müqavilə imzalayıb

    27 yaşlı müdafiəçi ilə 1 illik anlaşma əldə olunub

    Bakı. 8 yanvar. REPORT.AZ/ Türkiyənin Antalya bölgəsində hazırlığını davam etdirən "Neftçi” klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.

    "Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən verdiyi məlumata görə, bu, çexiyalı Pavel Dreksadır.

    27 yaşlı müdafiəçi ilə 1 illik anlaşma əldə olunub.

    Çexiyanın U-18, U-19, U-20 və U-21 komandalarının şərəfini qorumuş Dreksa "Siqma”, "Banik” "Znoymo” və "Karvina” klublarında çıxış edib. O, "Neftçi”də 6 nömrəli forma ilə meydana çıxacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi