“Neftçi” çempionatın autsayderini darmadağın edib

“Neftçi” çempionatın autsayderini darmadağın edib Son 2 pillədə qərarlaşan "Neftçi" və AZAL-ın oyunu 4:0 hesabı ilə başa çatıb
Futbol
15 Aprel , 2017 21:24
“Neftçi” çempionatın autsayderini darmadağın edib

Bakı. 15 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXVI turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, son 2 pillədə gedən "Neftçi" və AZAL komandaları "Bakcell Arena"da üz-üzə gəlib.

Görüş meydan sahiblərinin böyükhesablı qələbəsi ilə yekunlaşıb. İlk yarıda 3 qol vuran flaqman oyunda son nöqtəni ikinci hissənin əvvəllərində qoyub. Qonaq komandadan isə Nuqzar Kvirtiya penaltidən təsəlli qolunu vura bilməyib.

Bununla da "Neftçi" xallarını 29-a çatdıraraq, ən azı bir günlük 6-cı pilləyə yüksəlib. AZAL isə 10 xalla 8-ci pillədə qalıb.

Azərbaycan Premyer Liqası, XXVI tur

15 aprel (şənbə)

18:30 "Neftçi” – AZAL - 4:0

Qollar: Zdenek Folprest, 13. Daniel Seqovia, 17. İqnasio Herrera, 35. Rəhman Hacıyev, 55

Qolla nəticələnməyən penalti: Nuqzar Kvirtiya, 77 (AZAL)

Hakimlər: Orxan Məmmədov, Knyaz Əmiraslanov, Vüsal Qənbərov, Fariz Yusifov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Əhmədağa Cabbarov

"Bakcell Arena”

İlk üç dövrə - 2:0, 0:1, 1:0

Günün ilk matçında "Sumqayıt"la "Zirə" heç-heçə edib - 1:1. Tura aprelin 16-da "Kəpəz" - "Qəbələ" və "İnter" - "Qarabağ" matçları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi