Bakı. 19 yanvar. REPORT.AZ/ Bu gün futbol üzrə "CBC Sport Kuboku"nda III turun son oyunu keçirilib. "Report"un məlumatına görə, "Bayıl Arena"da "Neftçi" I divizion təmsilçisi MOİK-lə qarşılaşıb.
Görüş flaqmanın qələbəsiylə yekunlaşıb - 2:1. Hesabı ilk yarıda "hərbçilər" açıb. Lakin "Neftçi" həm birinci hissənin, həm də oyunun uzatma dəqiqələrində qol vuraraq qalib olub.
Bu nəticədən sonra baş məşqçi Əsgər Abdullayevin komandası xalını 7-yə çatdırıb və yenidən liderliyə yüksəlib. Xalsız MOİK isə sonuncu pillədə qalıb.
"CBC Sport Kuboku", III tur
13:00. "Neftçi" - MOİK - 2:1
Qollar: Kaue, 45+1. Anyete, 90+2 - Röyal Nəcəfov, 19
Bakı, "Bayıl Arena"