"Neftçi" braziliyalı futbolçu ilə müqavilə bağlayıb

"Neftçi" braziliyalı futbolçu ilə müqavilə bağlayıb Jairo Rodriges Filyo ilin sonunadək "ağ-qara" forma geyinəcək
Futbol
22 Sentyabr , 2015 17:36
Neftçi braziliyalı futbolçu ilə müqavilə bağlayıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ “Neftçi” klubu futbolçu Jairo Rodriges Filyo ilə müqavilə imzalayıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, braziliyalı müdafiəçi ilin sonunadək "ağ-qara" forma geyinəcək. 

O, 3 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, 31 dekabr 1992-ci ildə doğulan Jairo Rodriges Filyo bunadək Braziliyanın “Amerika” (2011-2012), Bolqarıstanın “Botev” (2012 - 2014) və Portuqaliyanın “Trofense” (2014-2015) komandalarında oynayıb. 

Son xəbərlər

Orphus sistemi