Yuxarı
    Bağlamaq

    "Qarabağ" və "Qəbələ" xal itirib, "Neftçi" böyük hesabla uduzub - ƏLAVƏ OLUNUB - VİDEO

    Azərbaycan Premyer Liqasında XXIII turun oyunları keçirilib

    Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub. "Report"un məlumatına görə, açılış oyununda "Kəpəz" "Sumqayıt"ı məğlub edə bilməyib.

    Qarşılaşma qolsuz tamamlanıb - 0:0. Bununla da Gəncə komandası ardıcıl 3-cü matçında qələbə qazana bilməyib. 

    Ötən tur "gənclik şəhəri" təmsilçisinə 0:2 hesabı ilə məğlub olmuş AZAL bu dəfə qələbə qazana bilib. Autsayder "Rəvan"la görüşdə "təyyarəçilər" azlııqda qalmalarına baxmayaraq, qol vurub. Həmin topun müəllifi Nuqzar Kvirtiya oyunun sonlarında təyin olunmuş penaltidən isə yararlanmağı bacarmayıb.

    "Zirə" isə qış fasiləsindən sonra ardıcıl 5-ci qələbəyə imza atıb. "Qartallar" "Neftçi"ni darmadağın edib - 3:0. İlk yarının sonlarında qonaqlar azlıqda qalıb. Bundan yararlanan meydan sahibləri fasilədən sonra istəklərinə çatıblar. Birinci topun müəllifi Nelson Bonilya aktivindəki qolların sayını 8-ə çatdıraraq, bombardirlər siyahısında "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda ilə bərabərləşib. Digər 2 qolu isə oyunun sonlarında Tato vurub.

    Növbəti qarşılaşmada sensasiya baş verib. "Qəbələ" Premyer Liqada 9-cu pillədə yer alan və gənc futbolçulardan ibarət "Xəzər Lənkəran"ı öz meydanında yenə bilməyib. Beləliklə, əyalətdəki növbəti oyun da qolsuz tamamlanıb. 

    Günün son matçında isə "İnter" "Qarabağ"la üz-üzə gəlib. Bu görüş də heç-heçə ilə tamamlanıb - 1:1. Hər iki komandadan qolları kapitanlar vurub. Meydan sahibləri ilk yarıda Nizami Hacıyevin qolu ilə hesabı açıblar. Oyunun son dəqiqələrində isə Rəşad Sadıqov irəli atılaraq, karyerasında ilk dəfə başla qol vurub.  

    Beləliklə, bu nəticələrdən sonra "Zirə" xallarını 44-ə çatdıraraq, lider "Qarabağ"la fərqi 4 xala endirib. Digər komandaların mövqelərində dəyişiklik baş verməyib: "Qəbələ" - 38 xal, "İnter" 35, "Kəpəz" - 33, "Neftçi" - 31, AZAL - 29, "Sumqayıt" - 22, "Xəzər Lənkəran" - 14, "Rəvan" - 8. 

    Azərbaycan Premyer Liqası, XXIII tur

    14:00. "Kəpəz" – "Sumqayıt" - 0:0

    Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Kamran Bayramov, Mahir Məmmədov

    AFFA nümayəndəsi: Maşallah Əhmədov

    Hakim-inspektor: Rövşən Əhmədov

    Gəncə şəhər stadionu

    15:00. "Zirə" – "Neftçi"- 3:0

    Qollar: Nelson Bonilya, 69. Tato, 87; 90+3

    Qırmızı vərəqə: Cavid İmamverdiyev, 43 ("Neftçi")

    Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elman Musayev, Ramil Əhmədov

    AFFA nümayəndəsi: Elbrus Abbasov

    Hakim-inspektor: Asim Xudiyev

    Bakı. Zirə İdman Kompleksinin stadionu

    15:00. AZAL – "Rəvan"-1:0

    Qol:Nuqzar Kvirtiya, 62

    Qırmızı vərəqə:Qvanzav Maqomedov, 51 (AZAL)

    Qolla nəticələnməyən penalti:Nuqzar Kvirtiya, 80 (AZAL)

    Hakimlər: Rauf Cabbarov, Coşqun Həsənov, Nahid Əliyev, Xəlil Xəlilov

    AFFA nümayəndəsi: Vaqif Davudov

    Hakim-inspektor: Murad Məmmədov

    Bakı. AZAL Arena

    17:00. "Qəbələ" – "Xəzər Lənkəran" - 0:0

    Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, İsgəndər Əliyev, Elvin Əsgərov

    AFFA nümayəndəsi: Abbas Hüseynov

    Hakim-inspektor: Kərim Ağayev

    Qəbələ. Qəbələ şəhər stadionu

    18:00. "İnter" – "Qarabağ" - 1:1

    Qollar:Nizami Hacıyev, 42 - Rəşad Sadıqov, 88

    Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Vaqif Musayev, Ramil Diniyev

    AFFA nümayəndəsi: Rauf Əmirov

    Hakim-inspektor: Gülağa Cabarov

    Bakı. "İnter Arena".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi