"Neftçi" bolqarıstanlı futbolçu ilə müqavilə bağlayacaq

"Neftçi" bolqarıstanlı futbolçu ilə müqavilə bağlayacaq Borislav Stoyçev sınaqdan üzüağ çıxıb
Futbol
31 İyul , 2015 11:15
Neftçi bolqarıstanlı futbolçu ilə müqavilə bağlayacaq

Bakı. 31 iyul. REPORT.AZ/ "Neftçi" klubunda baxışda olan bolqarıstanlı futbolçu Borislav Stoyçev bəyənilib. "Report"un əldə etdiyi məlumata görə, 28 yaşlı müdafiəçi sınaqdan üzüağ çıxıb.

Nəticədə məşqçilər korpusunun istəyilə Stoyçevlə müqavilənin bağlanılması qərara alınıb. Anlaşmanın Türkiyənin Afyon şəhərindəki təlim-məşq toplanışından sonra rəsmiləşəcəyi gözlənilir.

Qeyd edək ki, Borislav Stoyçev vətənində "Vidima-Ralovski", "Çernomorets Burqas", "Nafteks Burqas", "Sliven 2000", "Lyubimets 2007", "Minyor Pernik", və "Beroe Stara Zaqora" klublarında çıxış edib. Sonuncu dəfə o, "Levski"nin formasını geyinib. "Neftçi" bu gün Yunanıstan "Panionios"u ilə keçirəcəyi yoxlama oyununun ardından təlim-məşq toplantısını başa vuraraq, Bakıya qayıdacaq. 

Son xəbərlər

Orphus sistemi