Yuxarı

"Neftçi"nin baş məşqçi postuna Əsgər Abdullayevin təyinatının səbəbi açıqlanıb

Müşahidə Şurasının üzvü: Klubun bugünkü reallığa daha uyğun gələn yeni hədəfləri işlənilib

Bakı. 24 dekabr. REPORT.AZ/ "Neftçi" futbol klubunun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanov Əsgər Abdullayevin baş məşqçi postuna təyinatını şərh edib. "Report"un məlumatına görə, Z.Qəhrəmanov iclasın 5,5 saat davam etdiyini bildirib.

Onun fikrincə, ilk dövrənin son oyunlarına komandanı baş məşqçi kimi çıxaran Ə.Abdullayevin bu vəzifəyə Müşahidə Şurasının toplantısında təsdiqlənməsi şou yox, aysberqin zirvəsidir: "Ölkədə baş verən proseslərdən, Beynəlxalq İdman Arbitraj Məhkəməsinin qərarından və digər amillərdən çıxış edərək, klubun bugünkü reallığa daha uyğun gələn yeni hədəfləri işlənilib. Uzunmüddətli strategiya da bəzi dəyişikliklərə məruz qalıb. Təfərrüatları yaxın günlərdə gözləyin".

Qeyd edək ki, "Neftçi"nin baş məşqçi postuna əcnəbi mütəxəssisin gətiriləcəyi bildirilirdi. Əsas namizəd kimi serbiyalı Milan Rastavaçın adı hallanırdı. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi