​“Neftçi” – “Baltsan” oyununun biletləri satışa çıxarılıb

​“Neftçi” – “Baltsan” oyununun biletləri satışa çıxarılıb Ən ucuz bilet 1 manatadır
Futbol
5 İyul , 2016 13:12
​“Neftçi” – “Baltsan” oyununun biletləri satışa çıxarılıb

Bakı. 5 iyul. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində “Neftçi” və Maltanın “Baltsan” komandaları arasında keçiriləcək cavab oyununun biletləri satışa çıxarılıb. "Report"un məlumatına görə, biletlərə 1 manat, 3 manat və VİP yerlər üçün 10 manat qiymət qoyulub. 

Biletləri “Bakcell Arena”nın kassalarından əldə etmək mümkündür. 

Qeyd edək ki, iyulun 7-də “Bakcell Arena”da keçiriləcək “Neftçi” – “Baltsan” oyunu saat 20:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi