"Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər olub

"Neftçi" "Bakcell Arena"nı qardan təmizləmək üçün səfərbər olub "Çoxlu sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər"
Futbol
17 Fevral , 2017 15:21
Neftçi Bakcell Arenanı qardan təmizləmək üçün səfərbər olub

Bakı. 17 fevral. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində "Neftçi" və "Kəpəz" komandaları arasında keçiriləcək oyuna qədər "Bakcell Arena" hazır vəziyyətə gətiriləcək.

"Report"un "ağ-qaralar"ın rəsmi saytına istinadən məlumatına görə, bu gün "Neftçi"nin rəhbərliyi başda olmaqla, klubun bütün kollektivi arenanın qardan təmizlənməsi üçün gücünü səfərbər edib. 

Dünəndən başlayaraq çox sayda azarkeş kluba müraciət edərək yardımlarını təklif ediblər. "Nefçi" buna görə hər kəsə ayrı-ayrılıqda minnətdarlığını bildirib. Klub bəyan edir ki, hazırda təmizlik işləri tam sürətlə davam edir və kömək üçün zərurət yaranmayıb. "Neftçi" azarkeşləri fevralın 18-də keçiriləcək qarşılaşmaya dəvət edib. 

Son xəbərlər

Orphus sistemi