Yuxarı

"Neftçi" Avropa Liqasının oyununda iştirak üçün Kişinyova çatıb - FOTO

​"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştira

"Neftçi" futbol komandası "Sperantsa" ilə keçirəcəyi Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda iştirak üçün Moldovanın paytaxtı Kişinyova çatıb.

"Report"un Kişinyov şəhərinə ezam olunmuş əməkdaşının məlumatına görə, kollektivi gətirən təyyarə Bakı vaxtı ilə saat 21:55-də Kişinyov Beynəlxalq Hava Limanına eniş edib. 

Flaqman öncə Bakıdan Türkiyənin İstanbul şəhərinə, oradan isə Moldovaya yola düşüb.

Səfərə çıxanlar arasında Baqali DaboSoni Mustivar da var. Lakin onlar ilk matçda meydana çıxa bilməyəcəklər. 

Qeyd edək ki, "Sperantsa" - "Neftçi" matçı iyulun 11-də, Bakı vaxtı ilə saat 21:00-da "Zimbru" stadionunda başlayacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi