Yuxarı

"Neftçi" Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununda qələbə qazanıb - VİDEO

Bakı klubu səfərdə Baltsanı 2:0 hesabı ilə məğlub edib

Bakı. 30 iyun. REPORT.AZ/ Bu gün Bakının "Neftçi" klubu Avropa Liqasının I təsnifat mərhələsində ilk oyununu keçirib.

"Report"un məlumatına görə, Bakı klubu Maltada "Baltsan"ın qonağı olub.

"Hibernians" stadionunda keçirilən oyunda hesabı 14-cü dəqiqədə Rəhman Hacıyev açıb. Tədricən rəqib qarşısında üstünlüyünü artıran Bakı klubu 84-cü dəqiqədə 2:0 hesabı ilə önə keçib: Ruslan Qurbanov penaltini qola çevirib. Görüş bu hesabla da başa çatıb.

Beləliklə paytaxt təmsilçisi səfərdən sərfəli nəticə ilə geri dönməyi bacarıb. Cütün qalibi "Şkendiya" (Makedoniya) və "Krakoviya" (Polşa) komandalarının güclüsü ilə II təsnifat mərhələsində üz-üzə gələcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi