"Neftçi" Avropa Liqasına vəsiqə qazanıb

"Neftçi" Avropa Liqasına vəsiqə qazanıb Flaqman "Zirə" və "İnter"in Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib
Futbol
20 May , 2016 20:56
Neftçi Avropa Liqasına vəsiqə qazanıb

Bakı. 20 may. REPORT.AZ/ Avropa Liqasına sonuncu vəsiqənin sahibi müəyyənləşib. "Report"un məlumatına görə, bu, "Neftçi" klubudur. 

Flaqman Azərbaycan Premyer Liqasının son turunda "Sumqayıt"a 1:2 hesabı ilə uduzsa da, avrokuboklara vəsiqəni təmin edib. Buna paralel keçən oyunda AZAL-ın "Qarabağ"a 0:3 hesablı məğlubiyyəti səbəb olub. 

36 turdan sonra 49 xalla 6-cı olan "Neftçi" "Zirə" və "İnter"in Avropa Liqasına buraxılmamaları səbəbindən qitəmiqyaslı arenada yerini təmin edib. Azərbaycan Kubokunun finalında "ağ-qaralar"ın "Qarabağ"la keçirəcəyi oyunun nəticəsi isə bu vəsiqəyə heç bir təsir göstərməyəcək.

Qeyd edək ki, Avropa Liqasına digər vəsiqələrə "Qəbələ" və "Kəpəz" sahib çıxıb. "Qarabağ" isə Çempionlar Liqasında mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi