"Neftçi" Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI

"Neftçi" Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI Siyahıya 26 futbolçunun adı daxil edilib
Futbol
6 İyul , 2018 16:06
Neftçi Avropa Liqası üçün iştirak ərizəsini UEFA-ya təqdim edib - SİYAHI
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ "Neftçi” klubu Avropa Liqasının birinci təsnifat mərhələsində qarşılaşacağı Macarıstanın "Uypeşt” klubu ilə keçiriləcək oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim edib. 

"Report"un klubun saytına istinadən verdiyi məlumata görə, paytaxt təmsilçisinin baş məşqçisi Roberto Bordin siyahıya 26 futbolçu cəlb edib.

Qapıçılar: 1.Səlahət Ağayev, 12.Kamran İbrahimov, 73.Nail Alışov, 94.Rəşad Əzizli.

Müdafiəçilər: 4.Rəşad Eyubov, 5.Anton Krivotsyuk, 6.Qoran Paratski, 15.Ruslan Abışov (K), 18.Tural Axundov, 21.Məhəmməd Mirzəbəyov, 25.Kirilo Petrov, 26.Ömər Buludov, 28.Slavko Braliç, 77.Elvin Sərkərov.

Yarımmüdafiəçilər: 7.Namik Ələskərov, 8.Emin Mahmudov, 17.Rəhman Hacıyev, 37.Vüsal Əsgərov, 51.Elçin Əsədov, 70.Əli Şirinov, 93.Soni Mustivar.

Hücumçular: 9.Baqali Dabo, 10.Dario Frederiko, 11.Kvame Karikari, 22.Mirabdulla Abbasov, 36.Xəlil Bəşirov.

Qeyd edək ki, "Uypeşt”lə ilk oyun iyulun 12-də "Dalğa Arena”da, cavab matçı isə iyulun 19-da Budapeştdəki "Ferents Susa” stadionunda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi