Yuxarı

​"Neftçi" avrokuboklardan gələn pula avtobus alıb

Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik

Bakı. 11 dekabr. REPORT.AZ/ Avropa Liqasında çıxışı qarşısında "Neftçi"yə UEFA tərəfindən verilmiş mükafata avtobus alınıb. Bu barədə "Report"a klubun vitse-prezidenti Elnur Məmmədov məlumat verib.

Onun sözlərinə görə, həmin avtobus aşağı yaş qrupları üzrə komandaların ixtiyarına veriləcək: "Bu yaxınlarda avrokuboklara görə pul gəlmişdi. Klub prezidenti Sadıq Sadıqovun göstərişi ilə bu pullarla yeni avtobus alındı. Həmin avtobusu aşağı yaş qruplarına təqdim edəcəyik. Bu bir daha onu göstərir ki, əsas komandanın çıxışından əldə olunan gəliri uşaq futboluna yönəldirik ki, gələcəkdə yaxşı komanda olsun".

Qeyd edək ki, 2014/15 mövsümündə "Neftçi" Avroliqanın pley-off mərhələsində iştirakına görə 420 min avro mükafat alıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi