"Neftçi" - "Arsenal" matçının hakimləri açıqlanıb

"Neftçi" - "Arsenal" matçının hakimləri açıqlanıb UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək Neftçi” – Arsenal” matçının təyinatları açıqlanıb.
Futbol
26 İyul , 2019 13:24
Neftçi - Arsenal matçının hakimləri açıqlanıb

UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində keçiriləcək "Neftçi” – "Arsenal” matçının təyinatları açıqlanıb.

"Report"un məlumatına görə, oyun Maltadan olan hakimlər briqadasına tapşırılıb.

Baş hakim Alan Mario Sant olacaq. Ona Edvard Spiteri və Roberto Vella kömək edəcəklər. Dördüncü hakim funksiyasını Malkolm Spiteri yerinə yetirəcək. 

UEFA nümayəndəsi Kuanış Kanapyanov (Qazaxıstan), hakim-inspektor isə Mika Peltola (Finlandiya) olacaq.

Qeyd edək ki, avqustun 1-i "Bakcell Arena”da keçiriləcək "Neftçi” – "Arsenal” oyunu saat 21:00-da başlayacaq. Rusiyadakı ilk oyunda flaqman 1:0 hesablı qələbə qazanıb. 

Son xəbərlər

Orphus sistemi