Yuxarı
    Bağlamaq

    "Neftçi" Almaniyanın "Şalke" klubuna məğlub olub - VİDEO

    Oyunda bir qol vurulub© Foto: neftchipfk.com

    Bakı. 27 iyul. REPORT.AZ/ "Neftçi” PFK Avstriya toplanışı çərçivəsində ilk yoxlama oyununu keçirib.

    "Report" klubun saytına istinadən xəbər verir ki, komandamız Almaniyanın "Şalke” klubu ilə qarşılaşıb.

    Noykirxen-am-Qrosfenediqer şəhərindəki "Sportzentrum” stadionunda baş tutmuş görüş 0:1 hesablı məğlubiyyətlə nəticələnib.

    "Neftçi” qarşılaşmaya bu heyətlə çıxıb: Səlahət Ağayev, Məqsəd İsayev (Ömər Buludov, 73), Kirilo Petrov, Pavel Dreksa (Rahil Məmmədov, 73), Məhəmməd Mirzəbəyov (Rəhman Hacıyev, 63), Ruslan Abışov, Tərzin Cahangirov, İqnasio Errera (Edson Kastilyo, 73), Namik Ələskərov (Mirabdulla Abbasov, 73), Elnur Cəfərov (Fəhmin Muradbəyli, 46), Daniel Seqoviya (Uqo Barqas, 46).

    "Neftçi” ikinci yoxlama oyununu iyulun 30-da BƏƏ-nin "Əl Ain” klubuna qarşı keçirəcək.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi