Yuxarı
    Bağlamaq

    "Neftçi" 3 nəfəri klubdan kənarlaşdırıb

    Elnur Məmmədov, Mübariz Xudiyev və Vəli Qasımov vəzifəsindən azad edilib

    Bakı. 14 sentyabr. REPORT.AZ "Neftçi" klubu əsas komandanın son oyunlardakı uğursuz nəticələrini nəzərə alaraq bir sıra islahatlar həyata keçirib. "Report"un məlumatına görə, sentyabrın 9-da klubun səhmdarları ilə keçirilmiş görüşdən sonra icraçı direktor Elnur Məmmədov vəzifəsindən azad edilib.

    Üstəlik, baş məşqçi Vəli Qasımov və icraçı direktorun idman məsələləri üzrə müavini Mübariz Xudiyevlə də yollar ayrılıb. İcraçı direktorun idman məsələləri üzrə müavini vəzifəsi klubun struktur dəyişikliyi ilə əlaqədar olaraq ləğv edilib.

    Klub yeni təyinatlarla bağlı məlumatın yaxın zamanda elan olunacağını bildirib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi