"Neftçi" klubunun loqosu dəyişdiriləcək

"Neftçi" klubunun loqosu dəyişdiriləcək Müşahidə Şurasının ilk iclasında 7 qərar qəbul olunub
Futbol
14 Aprel , 2015 14:56
Neftçi klubunun loqosu dəyişdiriləcək

Bakı. 14 aprel. REPORT.AZ/ "Bakcell Arena"da "Neftçi"nin Müşahidə Şurasının ilk iclası keçirilib. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda 7 qərar qəbul olunub.

İlk növbədə, "Neftçi" PFK-nın yeni strukturu və iş sistemi təsdiq edilib. Müşahidə Şurasının növbəti iclasınadək klubun ştat cədvəlinin hazırlanaraq şuraya təqdim edilməsi qərara alınıb. Klubun yeni strukturunda idman direktoru vəzifəsinin təsis edilməsi və bu vəzifənin Vəli Qasımova həvalə edilməsi ilə bağlı qərar qəbul edilib. Klubun Futbol Akademiyası nəzdində "Sergey Kramarenko adına qapıçılar məktəbi" təsis edilib. Layihənin icrasında əsas məqsəd uşaq və yeniyetmə istedadların üzə çıxarılması və onların peşəkar səviyyədə hazırlanmasıdır. 

Eyni zamanda, "Neftçi" muzeyinin yaradılması haqqında qərar qəbul edilib. Muzey layihəsi ilə bağlı meydana çıxacaq maliyyə xərcləri Müşahidə Şurasının növbəti iclasında təqdim olunacaq. Klubun iqtisadi baxımdan səmərəli şəkildə fəaliyyət göstərə biləcək "Fan shop"u təsis edilib. Müşahidə Şurasına təqdim olunmuş "Stadium tour" layihəsinin həyata keçirilməsi ilə bağlı qərar qəbul edilib. Klubun rəsmi loqotipinin yenilənməsi ilə bağlı ictimaiyyətdə, azarkeşlər arasında genişmiqyaslı sorğunun təşkil olunmasına qərar verilib.

Qeyd edək ki, "Neftçi"nin rəsmi loqotipi indiyədək 4 dəfə yenilənib. 

Son xəbərlər

Orphus sistemi