Millimizin yeni baş məşqçisi: "Ümid edirəm ki, etimadı doğruldacağam"

Millimizin yeni baş məşqçisi: "Ümid edirəm ki, etimadı doğruldacağam" Həm aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit, həm də Məşqçilər Komitəsi mənim namizədliyimi irəli sürüb. AFFA rəhbərliyi də sağ olsun, onların təklifi ilə razılaşıb.
Futbol
21 Fevral , 2020 16:46
Millimizin yeni baş məşqçisi: Ümid edirəm ki, etimadı doğruldacağam

"Həm aşağı yaş qruplarından ibarət Azərbaycan yığma komandalarının koordinatoru Miloş Velebit, həm də Məşqçilər Komitəsi mənim namizədliyimi irəli sürüb. AFFA rəhbərliyi də sağ olsun, onların təklifi ilə razılaşıb".

Bu sözləri "Report"a açıqlamasında Azərbaycanın 16 yaşlılardan ibarət yığmasının yeni baş məşqçisi Aqil Nəbiyev təyinatı haqqında danışarkən deyib.

İki ilə yaxındır məşqçilik fəaliyyəti ilə məşğul olan gənc mütəxəssis üzərinə məsuliyyətli iş götürdüyünü bildirib: "Milli komandada işləmək hər bir insan üçün şərəfdir. Yığmada oynamaq da mənə nəsib olub. Ümid edirəm ki, etimadı doğruldacağam. Bu il seçmə oyunlar olmadığından vaxtımız var. Gələn il üçün hazırlaşacağıq".

Artıq 5 aydır "Elit-məşq"də Velebitlə bir yerdə çalışdığını söyləyən Nəviyev bu layihəni bir neçə məşqçi ilə birlikdə yerinə yetiririklərini vurğulayıb: "Burada 2005, 2006, 2007 və 2008-ci il təvəllüdlü uşaqlarla çalışırıq. Bütün yaş qruplarından olan uşaqları tanıyır, kimin nəyə qadir olduğunu bilirik".

Yeni baş məşqçi işinin uğurlu olacağına ümidvar olduğunu da söyləyib: "İki ilə yaxındır məşqçilik fəaliyyətinə başlamışam. İnanıram ki, uğurlu alınacaq. Milli komanda hamınındır, ölkəni təmsil edir. Ümid edirəm ki, hamının dəstəyi ilə təkcə U-16 yox, bütün yığmalar yaxşı nəticə göstərəcək".

Son xəbərlər

Orphus sistemi