Neapolda "Burada Sarri doğulub" lövhəciyi götürülüb

Neapolda "Burada Sarri doğulub" lövhəciyi götürülüb İtaliyanın Neapol şəhərinin Silio Italico küçəsindəki evin divarından Napolinin sabiq baş məşqçisi Maurisio Sarrinin şərəfinə asılmış lövhəcik götürülüb. Buna Sarrinin Çelsini tərk edərək Turinin Yuventus klubuna baş məşqçi təyin olunması səbəb olub.
Futbol
17 İyun , 2019 01:21
Neapolda Burada Sarri doğulub lövhəciyi götürülüb

İtaliyanın Neapol şəhərinin "Silio Italico" küçəsindəki evin divarından "Napoli"nin sabiq baş məşqçisi Maurisio Sarrinin şərəfinə asılmış lövhəcik götürülüb. Buna Sarrinin "Çelsi"ni tərk edərək Turinin "Yuventus" klubuna baş məşqçi təyin olunması səbəb olub.

"Report" xəbər verir ki, bu barədə "TuttoNapoli" nəşri yazıb.

Lövhəcikdə bunlar yazılmışdı: "Burada "comandante" Sarri doğulub. Neapol sakinləri gözəllik memarına minnətdardırlar. Əlvida, "comandante"!".

60 yaşlı Sarri 2015-2018-ci illərdə "Napoli"ni çalışdırıb. Neapol klubu onun rəhbərliyi altında "Yuventus"la iki dəfə çempionluq uğrunda mübarizə aparıb, lakin hər ikisində də çempionatı ikinci yerdə başa vurub.

Sarri ötən mövsüm "Çelsi"ni çalışdırıb. "Zadəganlar" italiyalı baş məşqçinin rəhbərliyi altında İngiltərə Premyer Liqasında üçüncü yeri tutub, İngiltərə Liqa Kubokunun finalına qədər iləliləyib və Avropa Liqasının qalibi olub.

Son xəbərlər

Orphus sistemi