Yuxarı
    Bağlamaq

    Nazir: "Fransa AVRO-2016-nın təhlükəsizliyini təmin etmək üçün bütün səylərini səfərbər edəcək"

    Fransada artıq obyektlərinin mühafizəsi üzrə geniş miqyaslı əməliyyat keçirilir

    Bakı. 24 mart. REPORT.AZ/ "Fransa AVRO-2016-nın təhlükəsizliyini təmin etmək üçün bütün səylərini səfərbər edəcək". "Report" xəbər verir ki, bunu Fransanın müdafiə naziri Jan-İv Le Drian "Europe 1" radiostansiyasının canlı efirində deyib.

    "Futbol üzrə Avropa Çempionatının ən yaxşı şəraitdə keçirilməsi üçün əlimizdən gələni edəcəyik. Fransada artıq obyektlərinin mühafizəsi üzrə geniş miqyaslı "Santinel" əməliyyatı keçirilir. AVRO-2016-nın təhlükəsizliyini təmin etmək üçün əlimizdən gələni edəcəyik", - deyə müdafiə naziri bildirib.

    "Terrorçuların məqsədi ölkənin fəaliyyətini pozmaq, onun sosial həyətını, demokratiyanın mövcudluğunu pozmaqdır. Amma ölkədə normal həyatın bərqərar edilməsi zəruridir. Məhz bu səbəbdən Avropa Çempionatı baş tutmalıdır", - deyə Jan-İv Le Drian qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi