Nazim Süleymanovun sabiq klubu müflis olub

Nazim Süleymanovun sabiq klubu müflis olub "Alaniya" məhkəməyə müraciət edib
Futbol
14 Fevral , 2015 09:49
Nazim Süleymanovun sabiq klubu müflis olub

Bakı. 14 fevral. REPORT.AZ/ Rusiyanın "Alaniya" futbol klubu müflis olub. "Report"un məlumatına görə, klub bu barədə məhkəməyə ərizə verib. 

Ərizədə borclu təşkilatda ümumilikdə 178,9 milyon rubl (2,136 milyon manat) məbləğində əmlakın qaldığı bildirilir. "Alaniya" 2014-cü ilin fevralında Rusiyanın səviyyəcə ikinci divizionu sayılan Milli Futbol Liqasından çıxdığı haqda liqa rəhərliyini məlumatlandırıb. Səbəb kimi maliyyələşmə mənbəyinin olmaması göstərilib. Bundan sonra Vladiqafqaz təmsilçisinin Müşahidə Şurası klubun ləğvinə qərar verib. Komandanın bir çox futbolçusu II Divizionun Cənub zonasında çıxış edən "Alaniya-D"yə keçib. 2014-cü ilin iyununda isə bu komandanın adı dəyişdirilərək, "Alaniya" qoyulub.

Qeyd edək ki, Azərbaycan milli komandasının sabiq futbolçusu Nazim Süleymanov karyerasının ən yaxşı illərini bu klubda keçirib. Məhz onun çıxış etdiyi vaxt "Alaniya" 1995-ci ildə Rusiya çempionu, 1992 və 1996-cı illərdə vitse-çempion olub. 

Son xəbərlər

Orphus sistemi