Nazim Süleymanov "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə mükafatlandırılıb

Nazim Süleymanov "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə mükafatlandırılıb Yubilyara PFL və "Neftçi"nin xatirə hədiyyələri təqdim olunub
Futbol
11 Fevral , 2015 16:12
Nazim Süleymanov Neftçi - Xəzər Lənkəran matçından öncə mükafatlandırılıb

Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə mükafatlandırılıb. 

"Report"un məlumatına görə, N.Süleymanova 50 yaşı münasibətilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev xatirə hədiyyəsi təqdim edib.

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov isə yubilyara klubun şərfını və arxasında "Nazim" yazılan 50 nömrəli formasını verib.

Qeyd edək ki, Nazim Süleymanov 1983-1990-cı illərdə "Neftçi"də futbolçu, 2013-cü ilin oktyabrından sonlarınadək baş məşqçi kimi çalışıb. O, 1995-ci ildə "Alaniya"nın heyətində Rusiya çempionu, 1992 və 1996-cı illərdə vitse-çempion olub. Hazırda N.Süleymanov işsizdir. 

Son xəbərlər

Orphus sistemi