Bakı. 11 fevral. REPORT.AZ/ Azərbaycan futbolunun canlı əfsanəsi Nazim Süleymanov "Neftçi" - "Xəzər Lənkəran" matçından öncə mükafatlandırılıb.
"Report"un məlumatına görə, N.Süleymanova 50 yaşı münasibətilə Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev xatirə hədiyyəsi təqdim edib.
"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov isə yubilyara klubun şərfını və arxasında "Nazim" yazılan 50 nömrəli formasını verib.
Qeyd edək ki, Nazim Süleymanov 1983-1990-cı illərdə "Neftçi"də futbolçu, 2013-cü ilin oktyabrından sonlarınadək baş məşqçi kimi çalışıb. O, 1995-ci ildə "Alaniya"nın heyətində Rusiya çempionu, 1992 və 1996-cı illərdə vitse-çempion olub. Hazırda N.Süleymanov işsizdir.