Yuxarı

​Nazim Süleymanov: "Futbolçu meydanda məşqçilik, hakimlik etməməlidir"

Futbolun dili ötürmədirsə, lazımdır ki, bir-iki nəfər aldadasan?

Bakı. 12 noyabr. REPORT.AZ/ "Belə oyunu uduzmamalıydıq. Amma təəssüflər olsun ki, futbolda belə şeylər olur. Fasilədə uşaqlara dedim ki, diqqətli olaq, qol buraxa bilərik, vərəqə ala bilərik. Biz deyiriksə, futbolun dili ötürmədirsə, lazımdır ki, bir-iki nəfər aldadasan?".

"Report"un məlumatına görə, bunu 19 yaşadək futbolçulardan ibarət milli komandanın baş məşqçisi Nazim Süleymanov deyib.

AVRO-2016-nın seçmə mərhələsində Türkiyəyə məğlub olan millinin baş məşqçisi bunları deyib:

"Meydançanı görən zaman oyun başqa olur. Ukrayna və Türkiyə ilə oyunun müqayisəsində bu dəfə daha fərqli oynadıq".

O, komandadakı intizamsızlıqdan söz açıb:

"Komandanın intizamsızlığı məni narahat edir. Mütləq komanda ilə söhbət edəcəyəm. Futbolçu meydanda məşqçilik, hakimlik etməməlidir. Mən futbolçuyamsa, 90 dəqiqə oynamalıyam. 90+3-də də qol vurub elit raunda vəsiqə qazanma şansı əldə edə bilərdik. İntizamsızlıq məğlubiyyətdən irəli gəlir. Futbolçu özünü və klubunu təmsil edir. Biz milli komandayıq. Biz deyiriksə, bunlar sabahın ulduzlarıdır, onda axırı necə olacaq? Belə getsə, əksər futbolçular ulduz olmayacaq, onlardan böyük futbolçu olmayacaq".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi