Nazim Süleymanov: "Bu gün hücumçular özlərini doğrultdular"

Nazim Süleymanov: "Bu gün hücumçular özlərini doğrultdular" Bakı. 19 avqust. REPORT.AZ/ Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Hazırda axtarışdayıq. Bununla belə, futbolçularımız istəyimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər.
Futbol
19 Avqust , 2018 23:07
Nazim Süleymanov: Bu gün hücumçular özlərini doğrultdular

Bakı. 19 avqust. REPORT.AZ/ "Qələbə olan yerdə əhval ruhiyyə də yaxşı olur. Bu əhvalı da futbolçular yaratdı. Hazırda axtarışdayıq. Bununla belə, futbolçularımız istəyimizi lazımınca yerinə yetirdilər. Amma bundan da yaxşı çıxış edə bilərlər".

"Report" xəbər verir ki, bunu "Sumqayıt"ın baş məşqçisi Nazim Süleymanov səfərdə "Sabah"a 4:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının II tur matçından sonra mətbuat konfransında deyib.

Daha sonra təcrübəli mütəxəssis sualları cavablandırıb...

"Sumqayıt"da 5-li müdafiə taktikasına sadiq qalmağınız nə ilə əlaqədardır?

- Bu, futbolçuların keyfiyyətlərini və belə sistemdə oynadıqlarını bilərək, bu taktikaya üstünlük verdik.

Qələbə komandanızda eyforiya yarada bilərmi?

- Eyforiya hamımıza aiddir. Hələ ikinci turdur. Eyforiyaya düşmək lazım deyil. Futbolçular bilməlidirlər ki, bu bizim işimizdir. Çalışmalıyıq ki, qələbələri əldən verməyək. Sadəcə, qələbə hisslərini yaşamaq, sonra isə gələcək oyunları düşünmək lazımdır.

Əfran İsmayılovun olmaması nə ilə əlaqədar idi?

- Əfran İsmayılov müqavilə bağladıqda demişdi ki, dəvət gəlsə, bu komandada olmaya bilərəm. Hazırda Həcc ziyarətindədir. Biz də ona icazə vermişik.

Bu sistemi növbəti oyunda dəyişəcəksiniz?

- Hələ tələsməyək. Növbəti turadək 5-6 gün vaxtımız var.

Hücumçu axtarışları hansı mərhələdədir?

- Danışıqlar gedir. Buna baxmayaraq, bu gün hücumçularımız özlərini doğrultdular. Əvvəlcə Nicat Qurbanov, sonra isə Ülvi İsgəndərov fərqləndi.

Son xəbərlər

Orphus sistemi