Yuxarı

Nazim Süleymanov Azərbaycan yığmasına baş məşqçi təyin olunub

O, yeni vəzifədə Nikolay Adamı əvəzləyib

Bakı. 13 aprel. REPORT.AZ/ 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının yeni baş məşqçisi müəyyənləşib. "Report"un məlumatına görə, AFFA rəhbərliyi bu vəzifəni Nazim Süleymanova həvalə edib. 

Təyinat rəsmiləşərkən, AFFA Məşqçilər Komitəsinin tövsiyəsi nəzərə alınıb. 

Qeyd edək ki, Nazim Süleymanov yeni vəzifədə Nikolay Adamı əvəzələyib. Almaniyalı mütəxəssis aprelin 1-dən Hindistanın U-15 yığmasında fəaliyyətə başlayıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi