Yuxarı

Nazim Babayev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

Nazim Babayev Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazandı

207

Nazim Babayev

Azərbaycan atleti Nazim Babayev Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. 

"Report"un məlumatına görə, üçtəkanla tullanma növündə çıxış edən 23 yaşlı idmançı buna Fransanın Lyeven şəhərində keçirilən Qış Dünya Turunun yarışında nail olub. 

O, 17,15 metr nəticə ilə gümüş medal qazanıb və olimpiadaya lisenziya üçün nəzərdə tutulan normativi (17,14) keçib. 

Qeyd edək ki, Nazim Babayev 2019-cu ildə Şotlandiyanın Qlazqo şəhərində qapalı manejdə Avropa çempionatında qızıl medal qazanıb. Olimpiada 24 iyul - 9 avqustda baş tutacaq. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi