Yuxarı

Naxçıvanda futbol üzrə III Heydər Əliyev kubokuna start verilib

Naxçıvanda futbol üzrə III Heydər Əliyev kubokuna start verilib

Bakı. 13 iyun. REPORT.AZ/ Bu gün Naxçıvan Muxtar Respublikasında futbol üzrə III Heydər Əliyev kubokuna start verilib.

“Report” xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Peşəkar Futbol Liqasının (PFL) birgə təşkilatçılıq etdiyi yarışda 4 komanda qalib adı uğrunda mübarizə aparır.

Bunlar turnirin ötənilki qalibi MOİK, eləcə də “Araz Naxçıvan, “Zaqatala” və “Şüvəlan”dır. Açılış oyunu MOİK-lə "Şüvəlan" arasında keçirilir. 

Üç gün davam edəcək turnirdə baş hakim funksiyasını İnqilab Məmmədov və Vüqar Həsənli yerinə yetirəcək. Onlara İsgəndər Əliyev, Rza Məmmədov, Elşad Abdullayev və Müslüm Əliyev kömək edəcəklər. Hakim-inspektor isə Rüfət Əliyev olacaq.

Yarışdan öncə PFL prezidenti Ramin Musayev başda olmaqla, qurumun kollektivi, turnirdə idarəçilik edəcək hakimlər, eləcə də Naxçıvan Muxtar Respublikasının gənclər və idman naziri Azad Cabbarov ulu öndər Heydər Əliyevin abidəsini və muzeyini ziyarət ediblər. Yekunda PFL prezidenti xatirə kitabına ürək sözlərini yazıb.

III Heydər Əliyev kubokunun təqvimi

13 iyun

11:00. MOİK – “Şüvəlan”

17:30. “Zaqatala” – “Araz Naxçıvan”

14 iyun

11:00. “Şüvəlan” – “Araz Naxçıvan”

17:30. MOİK – “Zaqatala”

15 iyun

11:00. “Zaqatala” – “Şüvəlan”

18:30. “Araz Naxçıvan” – MOİK

Qeyd edək ki, oyunlar Naxçıvan şəhər stadionunda keçirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi