"Napoli"nin forvardı Maradonanın rekordunu yeniləyib

"Napoli"nin forvardı Maradonanın rekordunu yeniləyib Slovakiyalı yarımmüdafiəçi klubda 116-cı qolunu vurub
Futbol
24 Dekabr , 2017 03:18
Napolinin forvardı Maradonanın rekordunu yeniləyib

Bakı. 24 dekabr. REPORT.AZ/ İtaliyanın "Napoli" futbol klubunun yarımmüdafiəçisi Marek Qamşik komandada vurduğu qolların sayına görə, argentinalı hücumçu Dieqo Maradonanın rekordunu qırıb.

“Report” TASS-a istinadən xəbər verir ki, 30 yaşlı slovakiyalı İtaliya A Seriyasının 18-ci turunda "Sampdoriya"ya qarşı keçirilən oyunda 116-cı qolunu vurub.

Maradonanın hesabında isə həmin klubda vurulan 115 qol var.

Qamşik "Napoli"də 2007-ci ildən bu yana 478 matç keçirib. O, Neapol klubunun heyətində iki dəfə İtaliya Kubokunun qalibi olub. Maradona isə komandada 259 matç keçirib.

Son xəbərlər

Orphus sistemi