"Napoli" futbol üzrə İtaliya çempionatının 33-cü turunda "Atalanta"ya 1:2 hesabı ilə məğlub olub.
"Report" xəbər verir ki, Neapol şəhərində keçirilən görüşdə hesab 69-cu dəqiqədə Duvan Sapata tərəfindən açılıb.
Ev sahibləri 28-ci dəqiqədə Dris Mertensin qolu ilə hesabda tarazlıq yaradıblar. Lakin Mario Paşaliç 80-ci dəqiqədə qonaqların qələbə qolunu vurmağa macal tapıb.
Hazırda "Napoli" 33 oyundan sonra topladığı 67 xal ilə turnir cədvəlində ikinci pillədə qərarlaşıb, "Atalanta" isə 56 xal ilə beşinci pillədədir.