"Napoli" "Fiorentina"nı məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb - VİDEO

"Napoli" "Fiorentina"nı məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb - VİDEO Neapol klubunun rəqibi "Milan" - "Yuventus" cütünün qalibi olacaq
Futbol
25 Yanvar , 2017 06:57
Napoli Fiorentinanı məğlub edərək İtaliya Kubokunun yarımfinalına çıxıb - VİDEO

Bakı. 25 yanvar. REPORT.AZ/ "Napoli" futbol üzrə İtaliya Kubokunun ¼ final matçında doğma meydanda "Fiorentina"nı 1:0 hesabı ilə məğlub edib və turnirin yarımfinalına vəsiqə qazanıb.

"Report" xəbər verir ki, oyunda yeganə qolu 71-ci dəqiqədə Xose Kalyexon vurub.

Mauritsio Sarrinin komandası ½ finalda "Yuventus" – "Milan" cütünün (25 yanvar) qalibinə qarşı oynayacaq.

Digər 1/4 final matçlarında "İnter" və "Latsio" (31 yanvar), həmçinin "Roma" və "Çezena" (1 fevral) oynayacaq.

Hər yarımfinal 1 mart və 5 aprel tarixlərində keçiriləcək iki oyundan ibarət olacaq.

Son xəbərlər

Orphus sistemi