Namik Ələsgərov: "Kubokda da hədəfimiz finala çıxıb, qalib olmaqdır"

Namik Ələsgərov: "Kubokda da hədəfimiz finala çıxıb, qalib olmaqdır" Bakı. 9 dekabr. REPORT.AZ/ Neftçi klubunun futbolçusu Namik Ələskərov Azərbaycan Premyer Liqasının XIV turunda evdə Sumqayıtla 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra brifinq keçirib.
Futbol
9 Dekabr , 2018 23:28
Namik Ələsgərov: Kubokda da hədəfimiz finala çıxıb, qalib olmaqdır

Bakı. 9 dekabr. REPORT.AZ/ "Neftçi" klubunun futbolçusu Namik Ələskərov Azərbaycan Premyer Liqasının XIV turunda evdə "Sumqayıt"la 0:0 hesablı heç-heçə etdikləri oyundan sonra brifinq keçirib.

Yarımmüdafiəçi "Report"un da suallarını cavablandırıb...

Niyə görə "Neftçi" qapanan komandalara qarşı qələbə qazanmaqda çətinlik çəkir? Məşqlərdə belə komandalara qarşı hazırlaşırmırsız?

- Qapalı komandaya qarşı oynamaq hər komanda üçün çətindir. Biz məşqlərdə hər cür komandalara qarşı hücumlara hazırlaşırıq. Bu gün "Sumqayıt" yaxşı müdafiə olundu və qələbə qazana bilmədik.

"Sumqayıt" meydana 5 müdafiəçi ilə çıxmışdı, əvəzetmədən sonra daha 2 müdafiəçi də oyuna daxil oldu. 7 müdafiəçiyə qarşı oynamaq necə idi?

- Doğrudan da "Sumqayıt" bu gün yaxşı müdafiə olundu, boşluq vermədi. Həm də düzgün qeyd etdiniz ki, meydanda 7 müdafiəçi var idi. Yarımmüdafiəçi geri çəkilib oynayanda boşluqlar tapmaq olur, amma 7 müdafiəçiyə qarşı oynamaq doğrudan çox çətin idi.

Əsas rəqibiniz "Qarabağ" 6 qol ilə qələbə qazandı. Düşünmürsünüz ki, onlar artıq özünə gəliblər və mübarizə daha da çətinləşəcək?

- Onların da xal itirdiyi oyunlar olub. Biz də onları məğlub etmişik, başqa oyunlarda xal itirmişik. Bu uzun yarışdır və sona qədər mübarizə aparıb çempion olmaq istəyirik.

Qurban Qurbanov milli komandadan ayrılıb, "Qarabağ"ın artıq Avropa Liqasındakı çıxışı sona çatır. Sizcə, çempionatın ikinci yarısında mübarizə necə olacaq?

- Düzdür, qışdan sonra daha çətin olacaq. Amma biz qış fasiləsində yaxşı hazırlıq keçib çempion olmaq üçün əlimizdən gələni edəcəyik.

Qurbanovun milli komandadan ayrılması barədə nə deyə bilərsiniz?

- Bu barədə heç nə demək istəmirəm. Bu, Qurban Qurbanov və AFFA rəhbərliyi arasında olan məsələdir.

Növbəti oyunlarda kubokda "Sumqayıt"la qarşılaşacaqsınız. Sizcə, həmin oyunlar necə keçəcək?

- Həmin oyunlar da çox çətin keçəcək. Kubokda da hədəfimiz finala çıxıb, qalib olmaqdır.

Yeni gələn oyunçular necədir?

- Yəqin ki, izlənilib və məsləhət bilinib deyə komandaya transfer ediliblər. Mamadu Kanu məşqlərdə iştirak edir, Mamadu Mbodj isə hələ təzə transfer olunub və komandaya qoşulmayıb.

Son xəbərlər

Orphus sistemi